Sürətlə inkişaf edən Türkiyə müdafiə sənayesi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin müdafiə sənayesi uğurla inkişaf edir. Ölkə daxilində və xaricində əldə edilən ardıcıl uğurlar da bunun bariz nümunəsidir.
Təbii ki, Müdafiə Sənayesinin son 20 ildə daha sürətli inkişafa qədəm qoyması Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, qardaş ölkə bu gün dünyada mühüm güc mərkəzlərindən birinə çevrilib.
Türkiyə müdafiə sənayesinin dinamikliyinin ən vacib göstəricisi kimi bu sahə üzrə şirkətlərin sayının 56-dan 1 500-ə çatdığını xüsusilə vurğulamaq lazımdır. Lakin qardaş ölkə bununla kifayətlənmir, hazırda da böyük layihələr üzərində işlər aparılır və yeni planların reallaşdırılması nəzərdə tutulur.
Statistikaya nəzər salanda da Türkiyə Milli Müdafiə sənayesinin R.T.Ərdoğan hakimiyəti dövründə necə inkişaf etdiyini dəqiq görmək mümkündür.
Təkcə son 5 ildə Türkiyənin silah idxalı 59% azalıb, silah ixracı isə 30% artıb. Bu isə rəsmi Ankaraya regional və qlobal işlərdə daha böyük rol oynamağa mühüm imkanlar yaradır.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
