Pleyeri seçin:

Suriya torpaqları hansı oyunçular arasında bölünə bilər? | Arkovdan sensasiyalı açıqlama

10 dekabr 2024 343 baxış

“Bəşər Əsəd rejiminin süqutu nisbətən dinc şəraitdə baş verib. Bu, Suriya məsələsi ilə bağlı əsas operatorlar arasında yeni razılaşma haqqında məlumatı təsdiqləyir”.

Bu sözləri “Axar”a Suriyada son günlər baş verən hadisələri şərh edən rusiyalı ekspert Vitali Arkov deyib.

“Noyabrın sonunda B.Əsəd qeyri-rəsmi olaraq Moskvaya gəlib. Təxminən eyni vaxtda Rusiya, İran və Türkiyə arasında Suriya məsələlərinə dair danışıqların intensiv mərhələsi başlayıb. İsrail, Səudiyyə Ərəbistanı və hətta ABŞ arasında Suriya üzrə danışıqlarda iştirakla bağlı məlumatlar da ortaya çıxıb. Lakin bütün iştirakçılar bunu açıq şəkildə təkzib ediblər.

Görünür, bu fakt müəyyən mənada digər geosiyasi şahmat taxtalarında güc balansına təsir göstərə bilər, burada onların çoxu barışmaz rəqibdir. Bu baxımdan B.Əsədin getməsi, Suriyanın Dəməşq və bir sıra digər böyük şəhərlərinə nəzarətin şərti üsyançıların nəzarətinə keçməsini Rusiya və ya İranın fiaskosu kimi şərh etmək düzgün deyil. Bu, Kremlin yeni obyektiv reallıqları nəzərə alaraq geosiyasi “şahmat taxtası” üzərində oynadığı Suriya partiyasıdır.

Kreml son illərdə Suriyadakı Bəşər Əsəd rejimini mümkün mübadilə obyekti kimi süngülərində saxlayıb. Türkiyə və hətta Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən İsrail kimi. Rusiya Suriyanı tamamilə itirmir. Ən azı əsasən ələvilərin yaşadığı Latakiya Moskvadan yana qalır”, – o bildirib.

V.Arkovun fikrincə, Suriya de-fakto monolit vahid dövlət kimi mövcudluğunu dayandırır:

“O, əsas oyunçuların təsir zonalarına bölünəcək: Türkiyə, Rusiya, İran, o cümlədən İsrailin. Birincisi, Təl-Əviv Qolan təpələri üzərində tam nəzarəti ələ keçirəcək, ikincisi, Livanda İranla “Hizbullah” arasında “göbək bağını” kəsməyə çalışacaq. Suriyanın yenilənməsindən ən çox faydalanan Türkiyədir.

Ən böyük şəhər olan Hələb üzərində nəzarəti ələ keçirməyin “Böyük Turan” layihəsi üçün çox böyük simvolik əhəmiyyəti var. B.Əsəd rejiminin süqutu Suriya torpaqlarında sülhə səbəb olmayacaq. Əksinə, dini münaqişələr daha da güclənəcək və Yaxın Şərq xaosa qərq olacaq”.

Banner
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 343 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 343 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 343 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 343 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 343 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 343 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 343 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 343 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 343 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 343 baxış
Seçilmişlər
icon