Suriyada baş verən hadisələrə beynəlxalq reaksiyalar | Əsədin hakimiyyətdən getməsini alqışlayırıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Bəşər Əsəd hakimiyyətinin sonu çoxdan gözlənilən hadisə idi”.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də yazıb.
O bildirib ki, bu həm də Əsədin dəstəkçiləri olan Rusiya və İranın zəifliyini göstərir.
“Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm”, – deyə Kaya Kallas qeyd edib.
Suriyadakı hadisələrlə bağlı Böyük Britaniyanın Baş naziri Keir Starmer də bəyanat yayıb.
“Son saatlarda və günlərdə baş verənlər görünməmiş hadisədir və biz bölgədəki tərəfdaşlarımızla məsləhətləşir və vəziyyəti yaxından izləyirik. Suriya xalqı Bəşar Əsədin hakimiyyəti altında çox uzun müddət əziyyət çəkib və onun hakimiyyətdən getməsini alqışlayırıq. Hazırda diqqətimiz sülh və sabitliyin bərpa olunmasına yönəlib. Biz bütün tərəfləri mülki insanları qorumağa, habelə yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə yardımın çatdırılmasını təmin etməyə çağırırıq”, – deyə bəyanatda bildirilib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
