Pleyeri seçin:

Suriyada nələr baş verəcək? | Türkiyəli ekspertdən sensasiyalı iddia

28 noyabr 2024 211 baxış

“Hələb istiqamətində hücumlarını artıran silahlı qruplar Türkiyənin dəstəklədiyi müxaliflər deyil, “Əl-Qaidə” əsaslı terror təşkilatı olan “Heyət Təhrir əş-Şam”dır. Türkiyə isə 2018-ci ildə bu qrupu rəsmi qəzetində terror təşkilatı elan edib və indiyə kimi də qərar dəyişməyib”.

Bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Ünal Atabəy Suriyada baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, “Təhrir əş-Şam”ın başqa qüvvələrin nəzarətində olduğu düşünülür:

“Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu/Azad Suriya Ordusu (SMO/ASO) daxilində Türkiyə-Suriya danışıqlarını istəməyən və bu səbəblə uzaqlaşdırılan qruplar da mövcuddur. Bütün bunlar Türkiyənin dəstəyindən kənar baş verən hadisələrdir. “Təhrir əş-Şam”ın ABŞ-nin nəzarətində olduğu düşünülür. Əslində, onların İdlib/Suriya həbsxanalarından çeçen döyüşçüləri Ukraynaya köçürdükləri və bunun müqabilində ABŞ-Ukrayna xəttindən silah və sursat aldıqları barədə məlumatlar var”.

Ekspert bildirib ki, yaxın günlərdə bu qüvvələrin irəliləməsinin qarşısı alınacaq:

“Təəssüf ki, burada ABŞ-nin dəstəklədiyi düşünüldüyü “Təhrir əş-Şam”ı digər terror təşkilatı olan YPG/PKK ilə qonşu etmək istəyirlər. Yəni İran dəstəkli milis qruplarının Livana qədər olan yollarını bağlamaq istəyi də bu planın bir hissəsi kimi dəyərləndirilə bilər. Böyük ehtimalla, yaxın günlərdə Rusiya Suriya Ordusu ilə birlikdə müdaxilə edərək “Təhrir əş-Şam”a qarşı əməliyyat keçirəcək”.

Qeyd edək ki, bundan öncə “Təhrir əş-Şam”ın Hələbə hücum etdiyi bildirilib. “Təhrir əş-Şam”ın “türkiyəyönlü qruplarla birgə” hərəkət etdiyi iddiasını isə yalnız rus mediası tirajlayır.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 211 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 211 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 211 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 211 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 211 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 211 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 211 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 211 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 211 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 211 baxış
Seçilmişlər
icon