Suriyada vəziyyət gərginləşir | Peskov “silinən xəbər” barədə açıqlama verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı hadisələrlə bağlı yeni telefon danışığı hələ planlaşdırılmır”.
Bu sözləri TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, Ərdoğanla Putin arasında telefon danışığının baş tutması barədə bəzi xarici media qurumlarında yayılan xəbərlər qısa müddətdən sonra silinib. İran Prezidenti Pezeşkian Suriyada vəziyyətin gərginləşməsi ilə bağlı bu ölkənin Prezidenti Bəşər Əsəd, İraq Baş naziri Məhəmməd Sudani, o cümlədən Rusiya lideri Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
İran xarici işləri naziri də rus, türk və iraqlı həmkarı ilə danışıb, daha sonra isə Dəməşqə və Ankaraya səfər edib. Türkiyə və Rusiya xarici işlər nazirləri də bu mövzuda müzakirə aparıblar.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
