Sürücüsüz avtomobillər niyə yandırılır? | Trampı qəzəbləndirən hadisənin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də tragikomik hadisə yaşanıb.
Belə ki, maşınlarla insanlar, necə deyərlər, sözün əsl mənasında mübarizə aparıblar. Etirazçılar sürücüsüz avtomobillərə hücum çəkiblər. Hadisə ölkənin Los-Anceles şəhərində baş verib.
“Veymo” (Waymo) şirkətinə məxsus minik vasitələri miqrantlarla bağlı qanun layihəsinə etiraz edən iğtişaşçıların hədəfinə çevirilib. Məsələ ABŞ Prezidentinin də qulağına çatıb. O, etiraz edənləri pul almaqda ittiham edərək, onların bölgədə asayişi pozduqlarını deyib.
Qeyd edək ki, bundan əvvəl də insanlar dəfələrlə “Veymo”ya məxsus avtomobilləri yandırıblar. Bəs buna səbəb nədir? Ölkə mediası bu aktın mərkəzi küçələrdə tıxac yaratmaq məqsədi daşıdığını yazıb. Yazıda etirazçıların sözügedən minik vasitələrini polis maşınları ilə səhv salması və ya onlara aid olduğunu iddia etməsi faktı da öz əksini tapıb.
Belə ki, daha əvvəl etirazlar zamanı polislər “Veymo” avtomobillərindəki kamera görüntülərindən istifadə edib. Bu səbəbdən də onlarla sosial şəbəkə istifadəçisi iğtişaşı yaradanları müdafiə edərək, “Veymo”ların məhvini dəstəkləyib.
#ABŞ teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
