Pleyeri seçin:
Tailand Kamboca ilə razılığa gəldi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kamboca və Tailand ABŞ Prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə dərhal və qeyd-şərtsiz atəşkəs haqqında razılığa gəliblər.
Bu barədə Kambocanın Baş naziri Hun Manet D.Trampla telefon danışığından sonra məlumat verib.
Onun sözlərinə görə, ABŞ lideri məsələ ilə bağlı ciddi narahatlığını ifadə edib.
"O, hər iki tərəfdən də ölümlə nəticələnəcək hər hansı bir müharibə və ya konflikt görmək istəmir. Prezidentin bütün dünyada sülh səylərinə vasitəçilik təcrübəsi var", − deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, D.Trampla telefon danışığı aparan hər 2 tərəfin Baş naziri qeyd-şərtsiz atəşkəs təklifinə razılaşıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
