Pleyeri seçin:

“Taliban”dan radikal qərar: müəllimlərin saqqalını qırxması məktəbləri bağlatdırdı

03 oktyabr 2023 197 baxış

İki il öncə Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirmiş radikal “Taliban” hərəkatının tərəfdarları Qəzni əyalətində iki özəl məktəbi bağlayıb.

Xarici media xəbər verir ki, buna məktəbdə dərs deyən müəllimlərin saqqallarını qırxması səbəb olub.

“Hasht-e Subh” qəzeti yazır ki, təhsil müəssisələrinin işinin bağlanması qərarının digər səbəbi müəllimlərin hicab geyinmə normalarına əməl etməməsi ola bilər. Oktyabrın 2-də Əmr və Səhv Qadağalar Nazirliyinin yerli bölmələrinin qərarı ilə məktəblər bağlanıb.

Bundan əlavə, “Taliban” tərəfdarları dərslərdə qızların iştirak etdiyinə görə Qəznidə daha iki uşaq təhsil mərkəzini bağlayıblar. Bu məktəblərdə hər iki cinsdən olan uşaqlar üçün təhsil “Taliban”ın tələblərinə uyğun həyata keçirilsə də, bu radikal dini təşkilat buna qane olmayıb.

“Taliban”ın Əfqanıstanda hakimiyyəti ikinci dəfə ələ keçirməsindən sonra bəzi fikirlər var idi ki, sözügedən hərəkatda müəyyən yumşalmalar var. Hətta ilk vaxtlar bunun elementləri də hiss olunurdu. Son hadisələr isə gözləntilərin özünü doğrultmadığını ortaya qoyur.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 197 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 197 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 197 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 197 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 197 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 197 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 197 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 197 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 197 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 197 baxış
Seçilmişlər
icon