Pleyeri seçin:
Tayvan Çinə qarşı hərbi təyyarələri səmaya qaldırdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tayvan öz ərazisində Çin Xalq Azadlıq Ordusunun 70 təyyarəsini və 11 gəmisini aşkarlayıb.
Bu barədə adanın müdafiə qurumu “Twitter”də məlumat verib. Bildirilib ki, 35 pilotsuz uçuş aparatı Tayvan boğazının meridian xəttini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasının cənub-qərb və cənub-şərq sektorlarında peyda olublar.
Ərazidə qırıcılar, radioelektron mübarizə və radiolokasiya kəşfiyyat təyyarələri, kəşfiyyat və zərbə dronu, həmçinin uzaq radiolokasiya aşkarlama və idarə təyyarəsi tapılıb. Tayvan Ordusu dərhal Çinə cavab verib.
Belə ki, ölkə patrul təyyarələrini qaldırıb və radioxəbərdarlıqlar göndərib. Eyni zamanda əraziyə zenit-raket sistemlərini də yerləşdirib.
Kopyalandı
#Tayvan teqi istifadə olunub
- Tayvan artan təhlükələr fonunda müdafiə büdcəsini rekord həddə yüksəltdi - Baku TV
- ABŞ Tayvana mümkün 14 milyard dollarlıq silah satışını dayandırıb
- Çin-Tayvan münasibətlərində gərginlik artacaq? | Ekspert nələri açıqladı? - Baku TV
- Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi
- Filippinin təhlükəsizliyi gücləndirilir
