Tayvandan rəsmi Pekinə sərt xəbərdarlıq | Çin "ada"nı nəzarətə götürür
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Ordusu Tayvan ətrafında “Ortaq Qılınc 2024B” təlimlərinin başlandığını açıqlayıb.
Təlimin “2024B” adlandırılması da təsadüfi deyil. Belə ki, tərəflər arasında bir ilə yaxındır davam edən gərginlik hazırda pik həddə çatıb. Daha öncə keçirilən təlim A planı adlanırdı.
Bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi, polkovnik Li Si məlumat yayıb.
Onun sözlərinə görə, təlimdə quru qoşunları, donanma, hava qüvvələri, raketlər və digər qoşunlar iştirak edir.
Qeyd olunur ki, təlimlər Tayvan boğazında Tayvanın şimal, cənub və şərq hissəsində keçirilir. Təlimlər zamanı şərti düşmənin hücumlarının dəf edilməsi, adanın liman və ərazilərinin bloklanması və nəzarətə götürülməsi planlaşdırılır.
Tayvan hakimiyyəti sözügedən hərbi hazırlıqlara cavab olaraq rəsmi Pekini hərbi təxribat xarakterli addımlardan çəkinməyə, regional sülh və sabitliyin qorunması üçün səylər göstərməyə çağırıb. Həmçinin qeyd olunub ki, Çin “Ortaq qılınc-2024B” adlı hərbi təlimləri dayandırmalıdır.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
