Tbilisidə əhali küçələrə axışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.
Qarşıdurma etirazçıların parlamentin hər üç girişini bloklamağa cəhd etməsindən sonra qeydə alınıb. İnsident olan əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Küçəni bloklayan xüsusi təyinatlılar etirazçılara parlament binasının girişinə hərəkət etməyə imkan verməyiblər.
Aksiyanı dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edilib. Məlumata görə, iğtişaşlar nəticəsində zərərçəkənlər var, onlara tibbi yardım göstərilir.
Qeyd edək ki, parlament binasının önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar iclasında müzakirə edilən “xarici agentlər” haqqında qanuna etiraz ediblər. Onlar “ruslar”, “kölələr”, “Rusiya qanununa yox” şüarları səsləndiriblər. Martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Tbilisidəki mitinqlərə görə Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkdakı görüşlərini ləğv edib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
