Tbilisidə minlərlə etirazçı yürüş keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə vətəndaş cəmiyyəti təşkilatları hakim partiyanın təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin əleyhinə genişmiqyaslı mitinq keçirib.
Əllərində Avropa İttifaqı və Gürcüstan bayrağını tutan 10 minlərlə etirazçı şəhərin müxtəlif nöqtələrindən Avropa meydanına yürüş ediblər.
Yürüş səbəbi ilə şəhərin mərkəzi hissəsi də daxil olmaqla bir sıra küçə və prospektlərdə, Kür çayının sağ və sol sahilində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ictimai nəqliyyatın işində ciddi fasilələr yaranıb.
“Bizim əsas tələbimiz sözügedən qanunun parlamentdən geri çəkilməsidir. Birlik olaraq buna nail olacağımıza inanıram. Etirazlarımızı sonuna qədər davam etdirəcəyik”, – deyə etiraz aksiyaçısı söyləyib.
Qeyd edək ki, Avropa meydanına toplanan aksiyaçılar “Avropaya hə”, "Güc birlikdədir, güc Avropadadır" kimi müxtəlif şüarlar yazılmış bannerlər tutublar.
Təşkilatçılar mayın 13-də deputatların parlamentə daxil olmasına və Hüquqi Məsələlər Komitəsində qanun layihəsinin 3-cü oxunuşda müzakirə edilməsinə imkanı verməmək üçün mayın 12-də parlamentin qarşısına gəlmək və gecə boyunca ərazidə qalmaqla bağlı çağırış ediblər.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
