Tbilisidə növbəti kütləvi etiraz aksiyası keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisidə genişmiqyaslı etiraz aksiyaları keçirilir.
Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının təşkilatçılığı ilə parlament binası qarşısında keçirilən aksiyaya Gürcüstan, Ukrayna və Avropa İttifaqının himnlərinin səsləndirilməsi ilə başlanılıb.
Aksiya təşkilatçılarından “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili Baku TV-yə verdiyi müsahibəsində aksiyanın məqsədinin ölkənin Avropaya inteqrasiyasını dəstəkləmək olduğunu bildirib. “Biz ölkəmizdə Rusiya hakimiyyətinə yox deyirik. Gürcü xalqı Gürcüstanın ruslaşdırılmasına yol verməyəcək”, - deyə L.Xabeişvili qeyd edib.
Əllərində Gürcüstan, Avropa İttifaqı, Ukrayna və ABŞ bayraqları dalğalandıran aksiya iştirakçıları "Rusiya hökumətinə yox", "Ölkənin ruslaşdırılmasına yox" kimi şüarlar səsləndiriblər. Çıxış edənlər siyasi məhbusların, ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb ediblər.
Mitinq səbəbindən parlament binasının qarşısındakı Rustaveli prospektində nəqliyyatın hərəkəti axşam saatlarından etibarən məhdudlaşdırılıb.
#Tbilisi teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI
- Tbilisidə səyyar ASAN avtobusu 500-ə yaxın vətəndaşa xidmət göstərdi - Baku TV
- 40 min şüşə nadir şərab hərraca çıxarılır
- Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub - Baku TV
