Tehran ABŞ ilə gedən danışıqlarda Ali rəhbərin prosesə qoşulduğunu açıqladı - Baku TV
"Vaşinqtonla danışıqlar prosesində birbaşa iştirak edən nümayəndə heyəti İran rəhbərliyinin nəzarəti altında fəaliyyət göstərir və bütün addımlar Ali Rəhbər Müctəba Xamenei tərəfindən təsdiqlənir".
Bunu Ali Rəhbərin İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi Abdullah Hacı Sadeqi deyib.
O vurğulayıb ki, Tehran heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcək.
Bu arada, İranla əlaqədar Ağ Evdə müəyyən planların cızıldığı ilə bağlı məlumatlar da yayılır.
ABŞ lideri Donald Trampın mayın 19-da Yaxın Şərqlə bağlı mümkün hərbi addımları müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirəcəyi bildirilir. Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid amerikalı rəsmilərə istinadən məlumat yayıb.
"Tramp çərşənbə axşamı Ağ Evin Situasiya Otağında milli təhlükəsizlik üzrə yüksəksəviyyəli komandası ilə İran əleyhinə hərbi fəaliyyət variantlarını müzakirə etməyi planlaşdırır", – deyə jurnalist sosial şəbəkə hesabında yazıb.
#Müctəba Xamenei teqi istifadə olunub
- Turist sayı artır, bəs gəlir? | Xameneidən xəbərdarlıq | Sülhün qarşısında maneə - YENİ BİR SƏHƏR
- Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
- Müctəba Xameneinin ölkəni pərdəarxasından idarə etdiyi iddia olunur - Baku TV CANLI
- Trampdan Xamenei ilə bağlı sensasiyalı açıqlama - Baku TV
- 7 saatlıq görüşün detalları | Pezeşkian Xamenei barədə nələri açıqladı? - Baku TV CANLI
