Tehran bu təklifi rədd etsə... | Trampdan Suriya və İran barədə kritik açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər Tehranla nüvə proqramı üzrə razılıq əldə olunmasa, ABŞ İrana maksimal təzyiq göstərəcək və bu ölkənin neft ixracını tamamilə dayandıracaq”.
Bu fikirləri ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə-ABŞ investisiya forumunda çıxışı zamanı səsləndirib.
“İranla razılaşma əldə etmək istəyirəm. Əgər buna nail olsam, çox sevinərəm. Bu halda regionunuz və bütövlükdə dünya daha təhlükəsiz yerə çevriləcək. Lakin İran rəhbərliyi bu sülh təklifini rədd etsə və qonşularına qarşı təcavüzü davam etdirsə, bizə yalnız bir yol qalır – əvvəllər etdiyim kimi, İrana qarşı kəskin təzyiqlər tətbiq edib neft ixracını sıfıra endirmək”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, onun administrasiyası İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Tramp həmçinin çıxışı zamanı Suriyaya qarşı sanskiyalara da toxunub:
“Dövlət katibi Marko Rubionun bu həftənin sonunda Türkiyədə Suriyanın yeni xarici işlər naziri Əsəd əş-Şibani ilə görüşəcəyini elan etməkdən çox məmnunam. Ən önəmlisi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə etdikdən sonra Suriyaya qarşı sanksiyaların dayandırılmasına tapşırıq verəcəyəm. Onlara sülhə nail olmaq şansı vermək lazımdır”.
Tramp sonda Suriyanın yeni hökumətinin ölkədə vəziyyəti sabitləşdirəcəyinə ümid etdiyini vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
