Tehran yeni hərbi planı ilə hər şeyi dəyişəcək? - Qalmaqallı mesaj - Baku TV
İran Silahlı Qüvvələri milli təhlükəsizliyə təhdidlərə cavab olaraq qabaqlayıcı hərbi əməliyyatlar keçirməyə hazır olduğunu açıqlayıb.
Bu barədə İran Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya bildirib.
Generalın sözlərinə görə, söhbət ölkənin hərbi strategiyasında əhəmiyyətli dəyişiklikdən gedir. O bildirib ki, İran hərbi doktrinasını profilaktik müdafiə və çəkindirmə əməliyyatlarına doğru dəyişib.
Əkrəminiya əlavə edib ki, hər hansı təhlükə aşkarlandığı halda ona qarşı profilaktik əməliyyat keçiriləcək. Onun açıqlaması Tehranın potensial hərbi təhdidlərə qarşı daha sərt müdaxilə siyasətinə keçdiyini göstərir.
“The New York Times” qəzeti ABŞ kəşfiyyat hesabatlarına və analitiklərin qiymətləndirmələrinə istinadən İranın hərbi imkanlarına inamının Vaşinqtonla altıaylıq qarşıdurma zamanı əhəmiyyətli dərəcədə artdığını yazıb. Qəzetin məlumatına görə, bu qarşıdurma Tehranda hərbi imkanların qiymətləndirilməsinə və gələcək təhlükələrə münasibətə təsir göstərib.
