Tehrandan PKK ilə bağlı sərt mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“İran İslam Respublikasının prinsipial mövqeyi ondan ibarətdir ki, terror hər yerdə pislənilir”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə dünən xarici işlər naziri Abbas Əraqçinin türkiyəli həmkarı Hakan Fidanla görüşdə Tehranın PKK terror təşkilatının tərk-silah edilməsini dəstəkləməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Bir bölgədə terror digər bölgələrdə də təhlükələrə səbəb olur. Ona görə də cənab xarici işlər naziri vurğulayıb ki, Türkiyə hökumətinin “Terrorsuz Türkiyə” məqsədinin zəruriliyi ilə bağlı qeyd etdiyi kimi, bu baxış daha əhatəli səviyyədə “terrorsuz region”a çevrilməlidir.
Müxtəlif formalarda terrorizmlə mübarizə və onun kökünü kəsmək üçün müvafiq hökumətlər arasında regional əməkdaşlıq və qarşılıqlı fəaliyyət davam etdirilməlidir. Bu baxımdan İran və Türkiyə iki xarici işlər nazirləri regional ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər”, – o bildirib.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İran nüvə öhdəliklərinə sadiq olduğunu və əməkdaşlığın vacibliyini vurğuladı - Baku TV
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
