Tehrandan xəbərdarlıq | Yeni əməliyyatlara start veriləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
İran Hörmüz boğazında ticarət gəmilərinin naviqasiya azadlığını bərpa etməyi hədəfləyən ABŞ-nin "Azadlıq" əməliyyatı ilə bağlı bəyanat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi sosial media paylaşımında Hörmüz boğazı ətrafında cərəyan edən hadisələrin siyasi böhranların hərbi yolla həll edilə bilməyəcəyini göstərdiyini bildirib və əlavə edib:
"Pakistanın xoşməramlı səyləri sayəsində danışıqlar irəliləyərkən, ABŞ pis niyyətli şəxslər tərəfindən yenidən bataqlığa sürüklənməməlidir. Eyni şey Birləşmiş Ərəb Əmirliklərinə də aiddir. Azadlıq Layihəsi çıxılmazlıq layihəsidir".
Bundan öncə isə İran Silahlı Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına yaxınlaşmamaq və ya girməmək barədə xəbərdarlıq edib. İran Silahlı Qüvvələri bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri istisna olmaqla, bütün ticarət gəmiləri və neft tankerləri Hörmüz boğazında orada yerləşən İran Ordusu ilə əlaqələndirilmədən hər hansı bir hərəkətdən çəkinməlidir.
ABŞ Ordusu Prezident Donald Trampın əmri ilə Hörmüz boğazında qalan gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün "Azadlıq Əməliyyatı"na da başlayıb. Tramp "Fox News"a bildirib ki, əgər iranlılar Hörmüz boğazından keçən gəmilərə rəhbərlik edən Amerika gəmilərinə hücum etsələr, onlar "yer üzündən silinəcəklər".
Tramp kommersiya gəmiçiliyinə müdaxilə etməyə çalışan yeddi kiçik İran gəmisini batırdıqlarını söyləyərək əlavə edib ki, bunlar İrandan qalan tək şeylərdir.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
