Tətil elan edən jurnalistlər nələr tələb edir? - Yunanıstanda qalmaqallı hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanın dövlət və özəl mediasının həmkarlar ittifaqları əməkdaşlarla müqavilələrin bağlanması və maaşların artırılması tələbi ilə 24 saatlıq tətil elan ediblər.
Bu barədə etiraz aksiyasında iştirak edən Makedoniya Xəbər Agentliyi məlumat yayıb.
Agentlik fevralın 18-i saat 05:00-dan fevralın 19-u saat 05:00-a kimi xəbərlərin yayımını dayandıracağını, sayt və sosial şəbəkələrdəki xəbər lentini yeniləməyəcəyini bildirib.
Digər tələb maaşların minimal həddən – 1250 avrodan başlamasıdır. Maaşların 10 faiz artırılması, şənbə günü üçün əmək haqqına 25 faiz, bazar günü üçün isə 100 faiz artım tələb olunur.
Bundan əlavə, jurnalistlər müqavilələrə etik prinsiplərin daxil edilməsini, informasiyada süni intellektdən istifadənin məcburi qaydalarının müəyyən olunmasını, çap mətbuatında, portallarda, radiostansiyalarda jurnalistlərin müəllif hüquqlarının ədalətli ödənilməsini, artan qiymətlərə görə jurnalistlərə təcili maliyyə yardımı edilməsini də tələb edirlər.
#Yunanıstan teqi istifadə olunub
- Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq
- Rubionun Afinaya səfərində təhlükəsizlik və enerji məsələləri gündəmdədir
- Yunanıstanda qida tullantıları Aİ ortalamasını keçib, ölkə ittifaqda üçüncü yerdədir
- Ərdoğandan Afinaya mesaj
- Rusiyaya "stop", İsrailə "yaşıl işıq" | Afinanın yeni hava qalxanı necə qurulur? - HƏRBİ XRONİKA
