Yunanıstanda qida tullantıları Aİ ortalamasını keçib, ölkə ittifaqda üçüncü yerdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanda adambaşına düşən qida tullantılarının həcmi Avropa İttifaqının orta göstəricisini əhəmiyyətli dərəcədə üstələyib.
2024-cü ildə ölkədə adambaşına 208 kiloqram qida tullantısı yaranıb və Yunanıstan bu göstəriciyə görə Aİ-də üçüncü yerdə qərarlaşıb.
Aİ üzrə isə ötən il adambaşına orta hesabla 129 kiloqram qida tullantısı qeydə alınıb. İttifaqda yaranan ümumi tullantının 53 faizi, yəni adambaşına 69 kiloqramı ev təsərrüfatlarının payına düşüb.
Yunanıstanda da ən böyük pay ev təsərrüfatlarının üzərinə düşüb. Ölkədə 907 min tondan çox qida tullantısı məhz evlərdə yaranıb.
Qida emalı və istehsalı, restoran və ictimai iaşə, ilkin istehsal, eləcə də pərakəndə satış və paylama sahələri də tullantıların yaranmasında mühüm paya sahib olub.
Yunanıstanda 2024-cü il üzrə ümumi qida tullantılarının həcmi 2 milyon tondan çox olub.
#Yunanıstan teqi istifadə olunub
