“Təzyiqlə deyil, hörmətlə danışıqlara hazırıq” | Venesuela Prezidentindən sülh siqnalı
Yeniliklərdən dərhal xəbərdar olun
“Venesuela təhdid və təzyiqlərlə deyil, yalnız hörmət əsasında ABŞ ilə dialoqa hazırdır”.
Bu barədə Venesuela Prezidenti Nikolas Maduro keçirdiyi mətbuat konfransında bildirib.
O, ölkənin son 100 ildə ABŞ tərəfdən ən böyük işğal təhlükəsi ilə üz-üzə olduğunu diqqətə çatdırıb.
Maduro ABŞ-nin dövlət katibi Marko Rubionu Venesuelaya təzyiq etməkdə və Latın Amerikasında sabitliyi pozmaqda ittiham edib:
“Cənab Prezident Tramp, diqqətli olmalısınız. Çünki Marko Rubio müharibəyə başlamaq niyyətindədir. O, sizin əllərinizi cənubi amerikalıların, Karib hövzəsinin və Venesuela vətəndaşlarının qanına bulamaq istəyir. Venesuela xalqına qarşı silahlı təyziq dəhşətli nəticələrə gətirib çıxaracaq”.
Maduro ölkəsinin hansı şərtlərlə dialoqa hazır olduğunu da vurğulayıb:
“Donald Tramp ağıllı adamdır. Ümid edirəm ki, bizdə olan kommunikasiya kanalları bərpa olunacaq. Biz hamımız bunun tərəfdarıyıq. Amma əgər bunun əvəzinə təhdidlər və maksimum təzyiq olarsa, əmin olun ki, Venesuela müdafiəyə tam hazırdır”.
“Reuters”in məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines Venesuela sahillərinə, Karib dənizinin cənubuna göndərilib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
