Tibbdə inqilabi hadisə | Xərçəngə qarşı peyvəndlə bağlı məlumatlar
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın “EnteroMix” xərçəng peyvəndinin klinik sınaqlarının birinci mərhələsində iştirak etmək üçün namizədlərin axtarışına başlanılıb”.
Bunu Səhiyyə Nazirliyinin baş ştatdankənar onkoloqu Andrey Kaprin “Telegram” kanalında bildirib.
Kaprinin sözlərinə görə, onkolitik peyvəndin klinik sınaqlarında iştirak etmək üçün xəstələrin seçilməsinə yönəlmiş ilkin mərhələyə start verilib.
Tədqiqat lenfomalar, leykemiyalar və miyeloma kimi qan xərçəngi deyil, bərk şişləri təsdiqlənmiş xəstələri tələb edir. Namizədlər 18-75 yaş arası insanlar ola bilər. “EnteroMix” xərçəngə qarşı mRNT peyvənd sayılır.
Qeyd edək ki, dərmanı Moskva Elmi-Tədqiqat Onkologiya İnstitutu ilə Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzi birgə hazırlayıb.
#Xərçəng xəstəliyi teqi istifadə olunub
- Bəzi şişlərin inkişaf riskini piylənmə artırır?
- “Həkim bilirdi ki...” | Dişini çəkdirən qadın xərçəng oldu | Bakıda dəhşət - Baku TV
- Xərçəngə qarşı aparılan əməliyyatda qeyri-adi üsuldan istifadə edildi
- Xərçəngə qarşı fərdiləşdirilmiş vaksin uğurla sınaqdan keçirilib
- Xərçəng xəstəliyinin müalicəsi üçün yeni alət hazırlanıb
