Pleyeri seçin:

Tramp 20 min Amerika əsgərini... | ABŞ buna görə NATO-dan çıxacaq?

03 mart 2025 202 baxış

Yuta ştatından olan respublikaçı senator Mayk Li deyib ki, ABŞ NATO-dan çıxmalıdır.

Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Sloveniyanın NATO-ya kifayət qədər töhfə vermədiyini bildirən ABŞ Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Riçard Qrenellin şərhinə senator “NATO-dan çıxmaq vaxtıdır” yazıb.

Bu arada, “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat verib ki, ABŞ Prezidenti Donald Tramp 20 min Amerika əsgərinin Avropadan çıxarılmasına göstəriş verə bilər ki, bu da Avropanın təhlükəsizliyi üçün əsl kabus olacaq:

“Tramp administrasiyasının avropalı müttəfiqləri ilə dərinləşən fikir ayrılığı və Amerika qoşunlarının sayını azaltmaq təklifləri Avropanın İkinci Dünya müharibəsindən bəri təhlükəsizliyinin əsasını təşkil edən ABŞ ilə 80 illik müqaviləyə qitənin hələ də nə qədər arxalana biləcəyi ilə bağlı narahatlığını artırıb”.

Qeyd olunub ki, Avropa liderləri Amerika kontingentinin hər hansı ixtisarı baş verərsə, bunun Vaşinqton və Moskva arasında danışıqların nəticəsi olmayacağına dair zəmanətlərə sahib olmaq istəyirlər.

ABŞ Prezidenti Donald Trampın özü bəyan edib ki, təşkilata üzv olan digər ölkələr maliyyə öhdəliklərini yerinə yetirməsə, ABŞ NATO-dan çıxa bilər.

Dekabrın 3-də İsveçrə parlamentinin üzvü Jaklin De Kuatro isə bildirib ki, ABŞ-nin NATO-dan mümkün çıxması hərbi bloku zəiflədəcək.

Öz növbəsində ABŞ dövlət katibi Marko Rubio NATO üçün yeganə təhlükəni hərbi blokda zəif orduya malik ölkələrin olması adlandırıb.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 202 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 202 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 202 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 202 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 202 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 202 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 202 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 202 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 202 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 202 baxış
Seçilmişlər
icon