Tramp ABŞ-nin sərvətinə sərvət qatır | Bir günə görün nə qədər qazandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ bu ölkədə yaşamaq istəyənlərin hesabına bir günə 5 milyard dollar qazanıb”.
Bunu ABŞ-nin ticarət naziri Hovard Latnik deyib.
O bildirib ki, gün ərzində min “qızıl kart” satılıb. Xarici vətəndaşlara ABŞ-də daimi yaşayış icazəsi verən bu kartın qiyməti 5 milyon dollardır.
“Qızıl kart” proqramının məqsədi ABŞ-nin dövlət borcunun ödənilməsinə zəngin əcnəbiləri cəlb etməkdir. Nazir qeyd edib ki, 200 min kartın satışı Amerikaya 1 trilyon dollar qazandıra bilər.
ABŞ Prezidenti Donald Tramp isə bu rəqəmin daha çox ola biləcəyini düşünür. H.Latnik vurğulayıb ki, D.Tramp 1 milyon “qızıl kart” satılacağı qənaətindədir. Bu da ABŞ-yə 5 trilyon dollar gəlir gətirə bilər.
Hovard Latnik əlavə edib ki, dünyada 5 milyon dollarlıq bu kartı almaq imkanı olan 37 milyon insan var.
Qeyd edək ki, “qızıl kart” ideyası Donald Tramp və milyarder Con Paulson arasında söhbət zamanı yaranıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
