Tramp administrasiyasında elə bir vəzifə yaradır ki... | Mask bu işə qoşulacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Gələcək administrasiyasının formalaşdırılması ilə fəal məşğul olan ABŞ-nin seçilmiş prezidenti Donald Tramp yeni vəzifə – “süni intellekt çarı” təsis etmək imkanını nəzərdən keçirir.
Bu barədə “Axios” nəşri mənbələrə istinadla xəbər yayıb.
Bildirilir ki, vəzifəni tutan şəxsin ABŞ-nin süni intellekt texnologiyalarının inkişafında lider rolunu təmin etmək məqsədilə dövlət və özəl resurslara nəzarət edəcəyi gözlənilir. Lakin qeyd olunur ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Ehtimal ki, bu vəzifəyə namizədləri Trampın gələcək administrasiya üzvləri – milyarder İlon Mask və sahibkar Vivek Ramasvami təklif edə bilərlər. Hər iki biznesmenin süni intellektlə qarşılıqlı əlaqə təcrübəsi var.
“Süni intellekt çarı” vəzifəsinin təsis edilməsi ideyasını Tramp və onun yaxınları hələ prezident seçkisi kampaniyası dövründə müzakirə ediblər. Respublikaçıların planlarına görə, yeni texnologiyalar dövlət aparatının səmərəliliyini artırmağa, xüsusilə də əlavə xərclərdən və dələduzluqdan xilas olmağa imkan verəcək.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
