Tramp barədə həqiqəti deyəndə cəzalanırsınız! - Deputatı özündən çıxaran qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Danimarkanın Avropa Parlamentinə üzv olan deputatı Anders Vistisen Qrenlandiyanı ölkəsinə qatmaq istəyən ABŞ Prezidenti Donald Trampın ünvanına səsləndirdiyi ifadələr parlament tərəfindən sərt reaksiya qarşılanıb.
Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin Baş Assambleyasının iclasında çıxış edən Vistisen parlament tribunasından Qrenlandiyaya iddiasına görə Trampı lənətləyib.
“Hörmətli Prezident Tramp, lütfən, diqqətlə dinləyin. Qrenlandiya 800 ildir, Danimarka Krallığının tərkibindədir. Bu, ölkəmizin ayrılmaz hissəsidir. Satılmır. İcazə verin, bunu başa düşə biləcəyiniz şəkildə ifadə edim. Hörmətli Tramp, rədd olun, gedin”, – danimarkalı deputat deyib.
Avropa Parlamentinin sədr müavini Nikolae Stefanuta bu çıxışa etiraz edərək parlamentdə Trampa qarşı belə ifadələr işlətməsinin qəbuledilməz olduğunu bildirib. O əlavə edib ki, belə ifadələr işlədilməsinin nəticələri olacaq.
“Demokratiya parlamentində belə bir şey qəbuledilməzdir. Cənab Tramp haqqında nə düşünürük, düşünək, amma belə bir dildən istifadə etmək mümkün deyil”, – Stefanuta bildirib.
Vistisen daha sonra sosial mediada yayımladığı açıqlamasında Avropa Parlamentində Tramp haqqında işlətdiyi ifadələrə görə cərimə olunacağı ilə hədələndiyini bildirib.
“Tramp haqqında həqiqəti ifadə edəndə cəza ilə üzləşirsiniz”, – danimarkalı deputat yazıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
