Tramp hücumla bağlı ilk dəfə bunu etiraf etdi | Sağ qalmasının əsl səbəbi
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-nin Məxfi Xidməti mitinqdə mənə atəş açmaqda təqsirli bilinən şəxsi ilk cəhddə zərərsizləşdirib”.
Bu barədə siyasətçinin özü “New York Post”a müsahibəsində bildirib.
O, açıqlamasında həmçinin baş verən hadisədə sağ qalmağını möcüzə adlandırıb.
“Onu bir güllə ilə öldürdülər. Onlar fantastik iş gördülər. Mən sui-qəsd nəticəsində ölə bilərdim, amma möcüzə baş verdi. İlkin tibbi yardım göstərən həkim heyəti heç vaxt belə bir şey görmədiyini söylədi və bunu möcüzə adlandırdı. Həkim dedi ki, kiminsə “AR-15” avtomatından açılan atəşdən sonra sağ qaldığını görməyib. Mən burada olmalı deyildim, mən ölməliydim. Əgər qanunsuz miqrantlarla bağlı lövhədəki yazını oxumaq üçün başımı vaxtında çevirməsəydim, sui-qəsd uğurlu olardı”, – deyə Donald Tramp qeyd edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
