Tramp İran barədə danışdı, Xamenei isə... | İrandakı uranın taleyi necə olacaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verəcəyi təqdirdə ABŞ bunları məhv edəcək”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Jurnalistlər ondan ABŞ administrasiyasının İranın zənginləşdirilmiş uranı saxlamasına razı olub-olmayacağını soruşublar.
“Xeyr, biz onu alacağıq. Bizə lazım deyil, istəmirik. Yəqin ki, əldə etdikdən sonra məhv edəcəyik, amma İranın onlara sahib olmasına icazə verməyəcəyik”, – deyə Tramp cavabında bildirib.
İranın Ali Rəhbəri Müctəba Xamenei isə məsələ ilə bağlı əks göstəriş verib. Ali Rəhbər zənginləşdirilmiş uran ehtiyatının ölkədə saxlanılmasını əmr edib. Bu barədə İran rəsmilərinə istinadla “Reuters” agentliyi məlumat yayıb.
Mənbələrə görə, Müctəba Xameneinin göstərişi İran hakimiyyəti daxilində konsensusu əks etdirir. İran liderinin qərarı ABŞ ilə davam edən sülh danışıqlarını çətinləşdirir, çünki Tehranın uran ehtiyatlarının təhvil verməsi ABŞ Prezidenti Donald Trampın əsas tələbidir. Tehran hesab edir ki, materialların xaricə göndərilməsi ölkəni gələcək hücumlara qarşı daha müdafiəsiz edəcək.
Hazırda kövrək atəşkəs rejimi qüvvədə olsa da, İran hərbi əməliyyatların dayandırılmasının Vaşinqtonun yeni hava hücumlarından əvvəl taktiki aldatma olduğuna inanır.
Tehran güzəşt olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında uran ehtiyatlarının azaldılması təklifini verib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
