Tramp İranla münaqişəni NATO üçün sınaq kimi qiymətləndirir | Kerolayn Levitt
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun baş katibi Mark Rütte alyansa üzv bəzi ölkələrin ABŞ tərəfindən qoyulan sınaqdan keçə bilmədiyini etiraf edib.
O bu fikri ABŞ Prezidenti Donald Trampla görüşdən sonra CNN telekanalına müsahibəsində səsləndirib.
Rütte bildirib ki, bəzi ölkələr bu baxımdan gözləntiləri doğrultmasa da, Avropa dövlətlərinin əksəriyyəti əvvəlcədən verdiyi vədlərə əməl edib.
“Bəziləri bəli. Amma Avropa ölkələrinin böyük hissəsi bu kimi hallarda verdiyi vədləri yerinə yetirdi və biz bunu bu gün müzakirə etdik”, – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ Prezidenti Donald Trampın İranla bağlı münaqişəni NATO üçün bir sınaq kimi qiymətləndirdiyini və alyansın bu sınaqdan uğurla keçmədiyini düşündüyünü açıqlamışdı.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
