Pleyeri seçin:

Tramp jurnalistlərin suallarını cavablandırarkən kimlərə mesaj verdi? - Baku TV

17 noyabr 2026 83 baxış

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində Ukrayna, İran və nüvə tərksilahı məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib.

ABŞ lideri bu barədə Filippin və Çinə səfərə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

“Biz nüvə tərksilahı məsələsini müzakirə edəcəyik. Bu, mürəkkəb mövzudur, çünki hər birimiz üçün nüvə silahlarımızdan imtina edəcəyimizi söyləmək çox çətindir, elə deyilmi? Üstəlik, başqa ölkələr də var. Bununla belə, nüvə tərksilahı məsələsini müzakirə edəcəyik. İran haqqında danışacağıq. İranla işlərimiz çox yaxşı gedir, amma yenə də bu barədə bir qədər söhbət edəcəyik. Ən sevimli mövzum olan Ukrayna haqqında da danışacağıq”, – deyə Donald Tramp əlavə edib.

Üçtərəfli görüşdə iqtisadiyyat və ticarət məsələləri də müzakirə olunacaq. ABŞ Prezidenti sammit çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmaq ehtimalını da istisna etməyib:

“Biz Çinə gedəcəyik və orada Si Cinpinlə görüşəcəyik. O, bir ay əvvəl burada idi. Həmçinin Vladimir Putinlə, bəlkə də Kim Çen Inla görüşəcəyik. Beləliklə, hər şey yaxşı olacaq. Çox şeyə nail olmaq şansımız var”.

Donald Tramp Meksikanın ABŞ-yə istiqamətlənən miqrant axınının qarşısını almaması halında bu ölkənin məhsullarına gömrük rüsumlarının artırılacağını bildirib. Onun sözlərinə görə, Meksika hakimiyyəti miqrantların ABŞ sərhədinə doğru hərəkətini dayandıracağına söz verib:

“Onlar buraya buraxılmayacaqlar və Meksika onları dayandıracaq. Meksika tərəfi bunu edəcəyini bildirib. Əgər dayandırmasalar, Meksikaya qarşı sərt gömrük rüsumları tətbiq edəcəyik”.

ABŞ Prezidenti mümkün rüsumların konkret məbləği və qüvvəyə minəcəyi tarix barədə məlumat verməyib.

Banner
Tramp Ukrayna müharibəsinə son qoymağa yaxın olduqlarını bildirib

Tramp Ukrayna müharibəsinə son qoymağa yaxın olduqlarını bildirib

Dünya
17 noyabr 2026 83 baxış
Fransa polisi taqətdən düşür?

Fransa polisi taqətdən düşür?

Dünya
17 noyabr 2026 83 baxış
Krım körpüsünə ard-arda iki zərbə | Cəbhə boyu qarşılıqlı zərbələr kəskinləşir - Baku TV CANLI

Krım körpüsünə ard-arda iki zərbə | Cəbhə boyu qarşılıqlı zərbələr kəskinləşir - Baku TV CANLI

Dünya
17 noyabr 2026 83 baxış
ABŞ Rusiya ilə razılığa gəlib?

ABŞ Rusiya ilə razılığa gəlib?

Dünya
17 noyabr 2026 83 baxış
İran iddiaları təkzib edib

İran iddiaları təkzib edib

Dünya
17 noyabr 2026 83 baxış
Kiyevdə ciddi enerji böhranı: "Özümüzə isti çay belə hazırlaya bilmirik" - Baku TV

Kiyevdə ciddi enerji böhranı: "Özümüzə isti çay belə hazırlaya bilmirik" - Baku TV

Dünya
17 noyabr 2026 83 baxış
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt xəbərdarlıqla çıxış edib - Baku TV CANLI

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt xəbərdarlıqla çıxış edib - Baku TV CANLI

Dünya
17 noyabr 2026 83 baxış
Ermənistanda hər 28 nəfərdən biri Rusiyaya niyə gedib? - Baku TV CANLI

Ermənistanda hər 28 nəfərdən biri Rusiyaya niyə gedib? - Baku TV CANLI

Dünya
17 noyabr 2026 83 baxış
Fransada bahalaşmaya qarşı kütləvi etiraz aksiyaları keçiriləcək - Baku TV CANLI

Fransada bahalaşmaya qarşı kütləvi etiraz aksiyaları keçiriləcək - Baku TV CANLI

Dünya
17 noyabr 2026 83 baxış
Hakan Fidan Qara dənizlə taxıl tədarükünün müzakirə olunduğunu bildirib

Hakan Fidan Qara dənizlə taxıl tədarükünün müzakirə olunduğunu bildirib

Dünya
17 noyabr 2026 83 baxış
Seçilmişlər
icon