Tramp layihələrə qoyulacaq sərmayəni açıqladı | Dünyanın ən böyük data mərkəzinin əsas xidməti
ABŞ-də ağıllı neyron şəbəkələrini inkişaf etdirəcək superkompüterin yaradılması üçün 500 milyard dollar ayrılıb. Bunun üçün “OpenAI” süni intellekt tərtibatçısı, Yaponiyanın “SoftBank” konqlomeratı və ABŞ-nin “Oracle” proqram nəhəngi güclərini birləşdirirlər.
“Stargate” adlanan layihənin məqsədi yeni nəsil süni intellektin inkişafıdır. Bunu elan edən Donald Trampın sözlərinə görə, üç şirkətin hər biri 100 milyard dollar ilkin sərmayə qoyacaq və növbəti illərdə layihəyə ümumi investisiya həcmi yarım trilyon dollara çatacaq.
“Stargate” süni intellekt sahəsində inqilabi nailiyyətləri dəstəkləmək üçün fiziki və virtual infrastrukturun yaradılması ilə məşğul olacaq. Ölkə boyu böyük data mərkəzlərinin tikintisi planlaşdırılır, bu isə ABŞ-də 100 000-dən çox iş yeri deməkdir.
100 milyard dollarlıq ilk tranş dünyanın ən böyük data mərkəzinin tikintisinə yönəldiləcək. Mərkəz Texasda yerləşəcək və burada “OpenAI” superkompüter üzərində işləyəcək.
Ağ Evdəki tədbirdə hər üç iştirakçı şirkətin rəhbərləri qatılıb. Onlar süni intellektin səhiyyənin təkmilləşdirilməsi və bəşəriyyətin ən mürəkkəb problemlərinin həlli üçün böyük potensialını vurğulayıblar. Adları hələ açıqlanmayan digər investorların da təşəbbüsə qoşulması gözlənilir.
#Süni intellekt teqi istifadə olunub
- Texnologiya nəhənglərindən süni intellektlə bağlı ciddi xəbərdarlıq - Baku TV
- Emin Əmrullayev məktəblərdə süni intellektin tətbiqindən danışdı - Baku TV
- Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı
- “Narahatlıqlar həddindən artıq şişirdilib” | Süni intellektlə bağlı məlumat
- Media məzmununun süni intellekt üçün istifadəsi mübahisə yaradır
