Tramp məhkəmə qarşısına çıxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin keçmiş prezidenti Donald Tramp məhkəmə qarşısına çıxacaq.
O, Floridadakı malikanəsini tərk edərək məhkəmənin keçiriləcəyi Nyu-Yorka yola düşüb. Məlumata görə, Trampın məhkəmədə çıxışı aprelin 4-də yerli vaxtla saat 22:15-ə təyin edilib.
Qeyd edək ki, Nyu-York məhkəməsinin hakimləri eks-prezidentin aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb. Belə ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər. Təhqiqatçıların fikrincə, Stormi Daniels siyasətçi ilə iddia edilən əlaqəyə dair sükut üçün pul alıb. Manhetten prokuroru ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyası üçün nəzərdə tutulan vəsaitdən edildiyindən şübhələnir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
