Tramp NATO müttəfiqlərini yenidən hədəf aldı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ lideri Donald Tramp yenidən NATO müttəfiqlərini müdafiə xərclərinə görə sərt tənqid edib.
O bildirib ki, ABŞ alyansın təhlükəsizliyinin təmin olunmasına digər üzv ölkələrdən qat-qat çox vəsait ayırır, lakin bunun müqabilində heç bir fayda əldə etmir.
Donald Tramp bu fikirləri özünün "Truth Social" hesabında paylaşaraq mövcud vəziyyəti absurd adlandırıb. Onun sözlərinə görə, NATO-nun müdafiəsinə ayrılan vəsaitlər arasında ən böyük pay Vaşinqtona məxsusdur.
"ABŞ NATO-ya digər bütün ölkələrdən qat-qat çox pul xərcləyir. Biz alyansı qoruyuruq, amma bunun müqabilində heç bir fayda əldə etmirik. Bu, tamamilə absurd vəziyyətdir", – deyə Tramp paylaşımında vurğulayıb.
Qeyd edək ki, bu, Trampın NATO üzvlərinin müdafiə xərcləri ilə bağlı ilk tənqidi deyil. O, dəfələrlə alyansa üzv dövlətləri müdafiəyə daha çox maliyyə ayırmağa çağırıb. Tramp hesab edir ki, Avropa ölkələri öz təhlükəsizliklərinin maliyyə yükünün daha böyük hissəsini öz üzərlərinə götürməlidirlər.
Onun bu açıqlaması NATO ölkələrinin müdafiə xərclərinin artırılması və kollektiv təhlükəsizlik öhdəliklərinin bölüşdürülməsi ətrafında müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Trampın bəyanatının alyans daxilində yeni siyasi müzakirələrə səbəb ola biləcəyi istisna edilmir.
#Donald Tramp teqi istifadə olunub
- İranla saziş gündəmdən çıxır, Meksikaya tariflər artırılır?
- FIFA prezidentinin Trampla əlaqələri niyə müzakirə olunur? - Baku TV
- ABŞ İranın Xəzər üzərindən daşımalarını da hədəfə alır? - “Dəmir Qapı” planının detalları - Baku TV
- Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb etdi - Baku TV
- Trampdan sərt çıxış: İran müharibəsinin xərclərini kim ödəyəcək? - Baku TV CANLI
