FIFA prezidentinin Trampla əlaqələri niyə müzakirə olunur? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
FIFA-nın prezidenti Canni İnfantino ifadə vermək üçün ABŞ Konqresinə çağırıla bilər.
Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, İnfantinonun FIFA-nın ABŞ Prezidenti Donald Trampla əlaqələrinin araşdırılması çərçivəsində Konqresə çağırılması nəzərdən keçirilir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsi İnfantinonun Trampla əlaqələrini iyul ayından araşdırır. Demokratların aralıq seçkilərində qələbəsindən sonra komitəyə konqresmen Ceymi Raskin rəhbərlik edə bilər.
Ceymi Raskin FIFA-nın Donald Tramp və onun müttəfiqləri ilə maliyyə əlaqələrinə dair araşdırma başladıb. O, iyulda 56 yaşlı İnfantinoya göndərdiyi məktubda FIFA-nın Trampın rəğbətini qazanmaq üçün apardığı iddia olunan "məqsədyönlü kampaniya" ilə bağlı araşdırmaya başlandığını bildirib.
#Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) teqi istifadə olunub
- FIFA U-15 turniri Azərbaycan futboluna nə qazandıracaq? - Baku TV
- Dünya çempionatı ilə bağlı qərar FIFA rəhbərini tənqidlərin hədəfinə çevirib
- Dünya Çempionatının kommersiya hüquqları ilə bağlı plan narazılıq yaradıb - Baku TV
- İnfantinonun əleyhdarları sabiq məşqçinin namizəd olmasını istəyirlər
- İnfantinonun reytinqi niyə aşağı düşdü? - Venger FIFA prezidenti ola bilər? - Baku TV
