İsrail Suriya ərazisini atəşə tutub
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdən təxminən 46 km cənub-qərbdə, Hermon dağının yamaclarında yerləşən Beyt-Cən yaşayış məntəqəsinin ətrafına artilleriya zərbəsi endirib.
Məlumata görə, atəş nəticəsində yerli sakinlər arasında xəsarət alan olmasa da, maddi ziyan qeydə alınıb. Mərmilər Curat əl-Loz ərazisinə düşüb. Dəyən ziyanın miqyası barədə məlumat açıqlanmır.
Bildirilir ki, Hermon dağ massivinə nəzarət edən İsrail bölmələri əvvəllər də bu ərazidə hərbi əməliyyatlar keçirib.
Bundan əlavə, İsrail ordusu Əl-Qüneytrə vilayətindəki Tranca yaşayış məntəqəsi sakinlərinin hərəkətini məhdudlaşdıraraq, nəqliyyatın və piyadaların yoxlanılması üçün nəzarət-buraxılış məntəqəsi qurub.
İsrail bölmələrinin PUA-lardan istifadə etməklə, Vadi-Rəqqad ərazisində əməliyyat keçirdiyi Dəra vilayətinin qərb hissəsindəki yollarda əlavə blokpostlar peyda olub.
#İsrail teqi istifadə olunub
- “Hər 2 variant risklidir” | Ayzenkot İsraildə yeni hökuməti necə quracaq? - Baku TV
- Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM
- Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir
- Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR
- İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
