Pleyeri seçin:

Alimlər həyəcan təbili çalır

11 noyabr 2026 101 baxış

Yer kürəsində ekoloji tarazlıq getdikcə pisləşir.

Alimlərin son araşdırmasına görə, planetin həyat üçün əlverişli vəziyyətini qoruyan doqquz əsas ekoloji həddən yeddisi artıq təhlükəsiz səviyyəni keçib.

60-dan çox alim Yer kürəsinin ekoloji vəziyyətini qiymətləndirib. Tədqiqatçılar iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, okeanların turşulaşması, şirin su ehtiyatlarının vəziyyəti, stratosferdə ozon qatının zəifləməsi və digər mühüm göstəriciləri təhlil ediblər.

Qeyd olunur ki, 2009-cu ildə planetin təhlükəsiz fəaliyyət sərhədləri müəyyənləşdirilərkən bu göstəricilərdən yalnız üçü normadan kənara çıxmışdı. 2023-cü ildə isə artıq altı ekoloji həddin aşıldığı açıqlanmışdı. Son hesabatda okeanların turşulaşmasının da 2025-ci ildə təhlükəsiz həddi keçdiyi təsdiqlənib.

Beləliklə, hazırda yalnız stratosferdəki ozon qatının vəziyyəti və atmosferdə aerozolların konsentrasiyası müəyyən edilmiş təhlükəsiz çərçivədə qalır.

Alimlərin diqqət çəkdiyi əsas problemlərdən biri okeanların turşulaşmasıdır. Buna başlıca səbəb atmosferə atılan karbon qazının artmasıdır. Bu proses dəniz suyunun kimyəvi tərkibini dəyişdirərək bir çox canlıların yaşamasını çətinləşdirir.

Xüsusilə mərcan rifləri, molyusklar və dəniz ilbizləri təhlükə ilə üz-üzədir. Çünki bu canlılar qabıqlarını və skeletlərini formalaşdırmaq üçün suda olan karbonat minerallarından istifadə edirlər. Okeanın turşulaşması isə həmin prosesə mane olur.

Hesabatda bəzi dəniz canlılarının qabıqlarında zədələnmə və ərimə əlamətlərinin müşahidə edildiyi, tropik mərcan riflərinin isə bərpa qabiliyyətinin zəiflədiyi bildirilir.

Alimlər ekoloji problemlərin nəticələrinin artıq dünyanın müxtəlif bölgələrində hiss olunduğunu vurğulayırlar. Pakistanda musson yağışlarının yaratdığı fəsadlar, Karib hövzəsində qasırğalar, Avropada quraqlıq və istilik dalğaları bu təhlükələrin nümunələri kimi göstərilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövcud tendensiyalar davam edərsə, Yer kürəsində həyat üçün əlverişli şəraitin qorunması daha da çətinləşə bilər.

Kopyalandı
Banner
Dünyanın ən qapalı ölkəsində yeni lider ssenarisi

Dünyanın ən qapalı ölkəsində yeni lider ssenarisi

Dünya
11 noyabr 2026 101 baxış
Qanunsuz hasilata qarşı əməliyyat qanlı hücumla nəticələndi

Qanunsuz hasilata qarşı əməliyyat qanlı hücumla nəticələndi

Dünya
11 noyabr 2026 101 baxış
Strateji dağların yüzlərlə metr dərinliyində raket bazaları | Tehran nə hazırlayıb - ƏSAS XƏBƏR

Strateji dağların yüzlərlə metr dərinliyində raket bazaları | Tehran nə hazırlayıb - ƏSAS XƏBƏR

Dünya
11 noyabr 2026 101 baxış
Avropada supervulkanla bağlı narahatlıq yaranıb

Avropada supervulkanla bağlı narahatlıq yaranıb

Dünya
11 noyabr 2026 101 baxış
Kabildə qədim sivilizasiyaların izləri tapılıb

Kabildə qədim sivilizasiyaların izləri tapılıb

Dünya
11 noyabr 2026 101 baxış
Alimlər Alyaska körfəzində okeanın dibində tapılan qızılı kürənin sirrini açıb

Alimlər Alyaska körfəzində okeanın dibində tapılan qızılı kürənin sirrini açıb

Dünya
11 noyabr 2026 101 baxış
"Rusiya Avropanın tələbləri ilə razılaşmayacaq" | Lavrovdan açıqlama

"Rusiya Avropanın tələbləri ilə razılaşmayacaq" | Lavrovdan açıqlama

Dünya
11 noyabr 2026 101 baxış
Rezai Tehranın Vaşinqtona göndərdiyi şərtləri xatırlatdı

Rezai Tehranın Vaşinqtona göndərdiyi şərtləri xatırlatdı

Dünya
11 noyabr 2026 101 baxış
İsrail Suriya ərazisini atəşə tutub

İsrail Suriya ərazisini atəşə tutub

Dünya
11 noyabr 2026 101 baxış
Rubio İrana xəbərdarlıq edib

Rubio İrana xəbərdarlıq edib

Dünya
11 noyabr 2026 101 baxış
Seçilmişlər
icon