Rubio İrana xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
"İran yaxın vaxtlarda neft ixrac etmək və onun satışından gəlir əldə etmək imkanından tamamilə məhrum ola bilər".
Bunu ABŞ dövlət katibi Marko Rubio Parisdə "Böyük Yeddilik" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, ABŞ ilə anlaşma memorandumunun qüvvədə olduğu müddətdə İran nefti ixraca göndərə bilib, lakin tankerlərdəki neft ehtiyatları praktiki olaraq tükənib.
"Bu neft bitdikdən sonra İran gəlir əldə etməyi dayandıracaq. Siz deyirsiniz ki, Amerika sanksiyaları əvvəllər də qüvvədə olub. Lakin İran heç vaxt dünya bazarına enerji daşıyıcıları tədarük edə bilmədiyi bir vəziyyətlə qarşılaşmayıb. Bundan əlavə, biz barəsində danışa bilməyəcəyim, lakin İran iqtisadiyyatına böyük təsir göstərən digər tədbirlər də görürük", – deyə M.Rubio bildirib.
Dövlət katibi həmçinin iddia edir ki, Hörmüz boğazı vasitəsilə neft daşımalarının həcmi praktiki olaraq münaqişənin başlamasından əvvəl müşahidə olunan səviyyəyə qayıdıb.
"Bəzi gecələr boğazdan əvvəlki neft həcminin 80–85%-i daşınır. İran öz neftini ixrac etmədiyi üçün 100%-ə çatmır. Məhz İran neftinin Hörmüz boğazı vasitəsilə tədarükü pozulmuş olaraq qalır", – deyə o izah edib.
#Marko Rubio teqi istifadə olunub
- Tehranın şərtlərini “absurd” adlandıran Rubio sərt xəbərdarlıq etdi - Baku TV
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
