Tehranın şərtlərini “absurd” adlandıran Rubio sərt xəbərdarlıq etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ müharibənin başa çatdırılmasına dair danışıqlarda İran tərəfindən irəli sürülən şərtləri qəbuledilməz hesab edir, lakin razılaşmanın bağlanmasına hazırlığını qoruyub saxlayır".
Bunu ABŞ-nin dövlət katibi Marko Rubio Parisdə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"İran razılaşma bağlamağı çox istəyərdi. Problem ondadır ki, onların irəli sürməkdə davam etdiyi şərtlər absurddur. Onlar hazırda, əslində, sadəcə qeyri-ciddi davranırlar", – deyə Rubio vurğulayıb.
Bununla belə, o, Tehranın mövqeyinin dəyişə biləcəyini istisna etməyib.
Dövlət katibinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp tərəflərin maraqlarına cavab verəcəyi təqdirdə razılaşmanı dəstəkləməyə hazırdır.
Rubio həmçinin diqqətə çatdırıb ki, İranın tələblərindən biri təzminatların ödənilməsidir ki, Vaşinqton buna qarşı çıxır:
"Onlar təzminat tələb edirlər. Təzminatları onlar ödəməlidirlər, çünki regionda uzun müddət ərzində sabitliyi pozan onlardır. Onlar bir yığın nağd pul tələb edirlər və Prezident açıq şəkildə bildirdi ki, bu, baş verməyəcək".
#ABŞ teqi istifadə olunub
- Strateji dağların yüzlərlə metr dərinliyində raket bazaları | Tehran nə hazırlayıb - ƏSAS XƏBƏR
- FIFA prezidentinin Trampla əlaqələri niyə müzakirə olunur? - Baku TV
- ABŞ İranın Xəzər üzərindən daşımalarını da hədəfə alır? - “Dəmir Qapı” planının detalları - Baku TV
- "İranın şərtləri Vaşinqtona göndərilib" | Rezaidən açıqlamalar - Baku TV CANLI
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
