Tramp Netanyahu ilə nələri müzakirə etdi? | Ağ Evdə görüş 3 saat davam edib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Vaşinqton nüvə proqramı ilə bağlı sazişin bağlanması ehtimalını qiymətləndirmək üçün Tehranla danışıqların davam etdirilməsində israr edir. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşündən sonra "Truth Social"da yazıb.
"Mən İsrailin Baş naziri Netanyahu və onun nümayəndələri ilə görüşü başa vurdum. Biz heç bir konkret nəticə əldə etməmişik, yalnız mən İranla danışıqların davam etdirilməli olduğunu və razılaşmanın əldə edilib-edilməyəcəyini yoxlamaq üçün təkid etdiyimi bildirdim. Baş nazirə aydın şəkildə bildirdim ki, buna nail olmaq mümkün olsa, daha yaxşı olar", – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş təxminən üç saat davam edib. İsrail mediasının məlumatına görə, görüşdə Vaşinqtonun İranla razılığa gələ bilməməsi halında birgə fəaliyyət planının hazırlanması müzakirə olunub.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
