Tramp Pekinin Tehrana göstərdiyi dəstək məsələsinə münasibət bildirdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika tərəfi İranla danışıqlar zamanı onun ərazisindən nüvə yanacağının və digər radioaktiv materialların çıxarılmasını müzakirə edir.
Bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.
"Məsələ burasındadır ki, mənim "nüvə tozu" adlandırdığım şeyi götürməyimiz lazımdır, başa düşürsünüz? Ancaq biz bu "nüvə tozu"nu götürməliyik. Biz bunu etməyə hazırlaşırıq və bu, İranla danışıqlarımızın bir hissəsidir. Biz onun onlarda qalmasını istəmirik", – deyə o bildirib.
ABŞ Prezidenti qeyd edib ki, o, 2025-ci ilin iyununda İranın atom sənayesi obyektlərinə endirilən zərbələr zamanı, demək olar, tamamilə məhv edilmiş digər materialları "nüvə tozu" adlandırır.
Tramp həmçinin Çinin İrana müəyyən dəstək göstərdiyini ehtimal etdiyini bildirib. Onun sözlərinə görə, Pekin daha geniş dəstək verə bilərdi, lakin hazırkı vəziyyət onu ciddi şəkildə narahat etmir.
Çinin Xarici İşlər Nazirliyi isə bu iddiaları rədd edərək hərbi yardımla bağlı ittihamları qəbul etməyib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
