Tramp Putin-Uitkoff görüşünə münasibət bildirdi | Moskvada nələr yaşanıb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə baş tutan görüşün çox yaxşı keçdiyini açıqlayıb.
ABŞ lideri bunu Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı deyib. Görüşün yayımı Ağ Evin sosial şəbəkə səhifələrində aparılıb.
D.Tramp qeyd edib ki, Amerika nümayəndə heyəti Moskvanın Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində mövqeyinə əminliklə yanaşır.
Bununla belə, D.Tramp əlavə edib ki, hələlik Vladimir Putinlə Stiv Uitkoff və Cared Kuşnerin görüşünün nəticələrinin necə olacağını proqnozlaşdırmağa hazır deyil.
ABŞ lideri həmçinin Amerika hərbçilərinin Latın Amerikasında narkokartellərin yerüstü obyektlərinə zərbələri yaxın vaxtlarda başlayacağını da bildirib.
"Biz çox tezliklə quruda əməliyyata başlamağa hazırlaşırıq", – deyə D.Tramp müvafiq suala cavab verərkən qeyd edib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
