Tramp Qrenlandiyanın işğalı planını hazırlamağı tapşırıb?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölkənin Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına Qrenlandiyanın işğalı üçün ətraflı plan hazırlamağı tapşırıb.
Qeyd olunur ki, Tramp Qrenlandiyanı strateji mövqeyi və mineral sərvətlərinə əsasən ilhaq etmək istəyir. O, əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.
“The Sunday Telegraph”ın yazdığına görə isə Böyük Britaniya hökuməti Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və ABŞ tərəfindən ilhaqının qarşısını almaq məqsədilə adaya qoşun göndərmək istəyir.
Rəsmi London artıq bununla bağlı Fransa və Almaniya da daxil olmaqla avropalı həmkarları ilə bir sıra görüşlər keçirib. Britaniyanın NATO missiyasına təkcə şəxsi heyət deyil, həm də hərbi gəmilər və təyyarələrin də töhfə verə biləcəyi gözlənilir.
Qəzetin digər iddiasına görə, Avropa İttifaqı Donald Trampın Qrenlandiyanı ilhaq etmək planlarından imtina etməyəcəyi təqdirdə Amerika şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək. Buraya “Meta”, “Google”, “Microsoft” və “X”, eləcə də ABŞ-də yerləşən bir sıra banklar və maliyyə firmaları daxildir.
Bundan əlavə, Avropa ölkələrində yerləşən Amerika hərbi bazalarının bağlanması ssenarisi də nəzərdən keçirilir.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
