Tramp Rusiya Ukrayna müharibəsi barədə mesajı verdi | Si Cinpin isə...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşməyə hazırlaşdığını açıqlayıb.
Bu barədə Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında respublikaçı qubernatorlarla keçirdiyi görüşdən əvvəl mətbuata açıqlama verərkən bildirib.
O, görüşün dəqiq vaxtını və yerini bəyan etməsə də, Putinin onunla görüşmək istədiyini təsdiqləyib və hazırda bu görüşün təşkil olunduğunu qeyd edib.
“Mənimlə görüşmək istəyir və biz bunu təşkil edirik”, – deyə Tramp vurğulayıb.
O həmçinin əlavə edib ki, bu görüşə Çin sədri Si Cinpinin də qoşulub-qoşulmayacağı hələ dəqiqləşməyib.
“Biz çox sayda insanla bir çox görüşlər planlaşdırırıq, lakin məncə, 20 yanvaradək gözləmək daha yaxşı olar”, – deyə Tramp bildirib və Rusiya ilə Ukrayna arasında davam edən müharibənin tezliklə sona çatdırılmasının vacibliyini vurğulayıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
