Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə inanır
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün razılığa gəlməyə çox yaxındırlar”.
Bunu ABŞ Prezidenti Donald Tramp Şükranlıq günündən əvvəl Ağ Evdə keçirilən mərasimdə çıxışında deyib.
“Bu, asan deyil. Amma düşünürəm ki, biz bunu edə bilərik və razılaşmaya çox yaxınıq. Bunu öyrənəcəyik. Düşünürdüm ki, bunu daha tez etmək olar”, ‒ deyə Tramp bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan ilkin sülh planı 28 bənddən ibarət idi. Layihəyə əsasən, Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı, NATO-ya üzvlük kursundan imtina etməli, Moskva isə sanksiyaların qismən götürülməsi və “Böyük səkkizlik” (G8) formatına qayıtmaq imkanı əldə etməli idi.
Sonradan Ukrayna tərəfi ilə aparılan danışıqlar zamanı sülh planı əhəmiyyətli dərəcədə dəyişdirilib və Kiyevin maraqları nəzərə alınaraq 19 bəndə qədər azaldılıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
