Pleyeri seçin:

Tramp Rusiya və Ukrayna prezidentləri ilə hansı məsələləri müzakirə etdi?

15 iyun 2026 333 baxış

Ukrayna lideri Volodimir Zelenski ilə onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Məlumata görə, söhbət zamanı tərəflər Ukraynadakı müharibə, diplomatik səylər və sülh danışıqları ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığının təxminən 30-35 dəqiqə davam etdiyi bildirilir. Zelenski Donald Trampı 80 illik yubileyi münasibətilə də təbrik edib.

Telefon danışığı G7 sammiti ərəfəsində baş tutub. Bildirilir ki, Ukrayna tərəfi ABŞ ilə əməkdaşlığın davam etdirilməsi və müharibənin diplomatik yollarla həlli imkanlarının müzakirəsinə xüsusi önəm verir.

Məlumata əsasən, tərəflər Rusiya-Ukrayna müharibəsinin gedişi və gələcək diplomatik təşəbbüslərlə bağlı fikir mübadiləsi aparıblar. Danışıqların detalları açıqlanmasa da, Kiyev Vaşinqtonla yüksəksəviyyəli təmasların davam etdiyini vurğulayıb.

Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə də telefonla danışıb. Kreml rəhbəri Ağ Ev rəhbərini 80 illik yubileyi münasibətilə təbrik edib. ABŞ lideri təbriklərə görə təşəkkür edib və qeyd edib ki, Rusiya Prezidenti həmin gün onunla əlaqə saxlayan ilk xarici lider olub.

Bildirilir ki, liderlər arasında danışıq dostcasına və səmimi keçib, təxminən bir saat davam edib. "Daha dəqiq desək, düz 55 dəqiqə olub", – deyə məlumatda qeyd edilib.

Kremldən bildirilib ki, Putinlə söhbətində Tramp yenidən Ukraynadakı hərbi əməliyyatlara son qoymağa çağırıb. Putin və Tramp digər məsələlərlə yanaşı, qarşıdan gələn ABŞ-İran memorandumunu müzakirə ediblər.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 333 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 333 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 333 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 333 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 333 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 333 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 333 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 333 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 333 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 333 baxış
Seçilmişlər
icon