Tramp səhhətinin pisləşməsi barədə yayılan xəbərlərə aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp öz səhhətinin pisləşdiyi ilə bağlı yayılan məlumatları rədd edib.
O bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp fiziki və zehni baxımdan əla vəziyyətdə olduğunu bildirib.
“Əgər zəifləməyə başlasam, bunu özüm birinci anlayaram, amma hazırda belə bir şey yoxdur! Tibbi müayinələr, koqnitiv testlər və digər prosedurlardan sonra "The New York Times" və digərlərinin davamlı olaraq yaydığı xəbərlər məni təəccübləndirir və hətta xəyanətkar görünür”, – ABŞ lideri qeyd edib.
Prezident öz fəaliyyətini misilsiz adlandıraraq ABŞ tarixindəki bütün prezidentlərdən daha çox çalışdığını vurğulayıb. O, 8 müharibəni dayandırdığını, ölkə tarixinin ən böyük iqtisadiyyatını yaratdığını və dünyanın ABŞ-yə yenidən hörmət etməsini təmin etdiyini iddia edib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
