Tramp son hücumlardan sonra dünyaya səsləndi | İndi sülh zamanıdır!
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp dünyanı sülh münasibətilə təbrik edib və o, “Truth” hesabı vasitəsilə müvafiq paylaşım edib.
“Təbriklər, Dünya! İndi sülh zamanıdır!”, ‒ deyə Tramp yazıb.
Donald Tramp öncəki paylaşımında planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə İrana təşəkkür edib.
O, ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə zərbələrindən sonra İranın cavab hücumunu “zəif” adlandırıb.
“14 raket atılıb – 13-ü vurulub, biri isə təhlükəsiz istiqamətdə hərəkət etdiyi üçün buraxılıb. Məmnuniyyətlə bildirirəm ki, amerikalılardan heç kim yaralanmayıb və demək olar ki, heç bir ziyan dəyməyib. İrana əvvəlcədən xəbərdarlıq etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm, bunun sayəsində heç kim ölməyib və xəsarət almayıb”, – deyə Tramp qeyd edib.
Ağ Ev rəhbəri eyni zamanda İranın regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində ortaq fikrə gələcəyinə inandığını bildirib və İsraili də eyni yanaşma nümayiş etdirməyə çağırıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
