Pleyeri seçin:

Tramp sözünü tutdu, Mask isə... | Milyarderlərin hakimiyyət çəkişməsi necə nəticələnəcək?

23 yanvar 2025 182 baxış

ABŞ-nin yeni prezidenti Donald Trampın komandasında çalışacaq şəxslər cəmiyyət tərəfindən ciddi müzakirə mövzusuna çevrilib.

Şübhəsiz ki, ən çox müzakirə edilən dünyanın ən zəngin adamı statusunda olan İlon Maskdır. Tramp sözünə sadiq qalaraq Maskı Hökumətin Səmərəliliyinin Artırılması üzrə Federal Agentliyin rəhbəri təyin edib. Kifayət qədər gücü və nüfuzu olan Maskın Trampın tabeliyində çox da yüksək olmayan bir vəzifədə işləməyə razılıq verməsi bir qədər müəmmalıdır və bəzi sualları meydana çıxarır.

İlk növbədə milyarderin yeni nazirlərin təyinatı məsələsinə etdiyi kobud müdaxilələr komandada yüksək vəzifə tutan digər şəxslərin ciddi narazılığına səbəb olmuşdu. Məsələn yeni prezident ədliyyə və ticarət nazirlərini müəyyən edərkən Mask bu prosesə kobud şəkildə müdaxilə etmişdi. O, açıq şəkildə özünü vitse-prezident kimi aparır və tamamilə təşəbbüsü əlinə almaq istəyir.

Çin məsələsinə görə Donald Trampla İlon Mask arasında ciddi fikir ayrılığı mövcuddur. Tramp Çindən idxal olunan mallara 60% rüsum tətbiq etməyi təklif etdiyi halda Mask öz bu ölkədə yeni müəssisələr açır.

Hazırda Şanxay şəhərində "Tesla"nın "giqafabriki" yerləşir və Mask 2024-cü ilin aprelin sonunda Çinin Baş naziri Li Tsyanla görüşdə bu ölkədəki zavodunu şirkətin ən yaxşı müəssisəsi adlandırıb. O əlavə edib ki, "Tesla" qarşılıqlı faydalı nəticələr əldə etmək üçün Çinlə əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu isə ciddi problem deməkdir.

Ehtimal ki, Donald Trampın Pekinə qarşı sərt siyasəti İlon Maskda ciddi narazılıq yaradacaq. Xarici siyasət məsələsində yeni Dövlət katibi Marko Rubio ilə milyarderin toqquşması gözləniləndir. Rubio Çinə qarşı sərt xəttin tərəfdarıdır və onun Dövlət Departamentinin rəhbəri təyin edilməsində bu amil xüsusi rol oynayıb.

Şübhəsiz ki, Maskın istədiyi Trampın siyasi xəttini özünün biznes maraqlarına uyğunlaşdırmaqdır. Ancaq kifayət qədər iddialı və populist siyasətçi olan, sərhədlər tanımayan Trampın onun üstünlüyünü qəbul edəcəyi gözlənilən deyil.

4 il siyasi həyat üçün çox da böyük olmasa da, bu müddət ərzində Tramp - Mask ittifaqının sabit qalacağı şübhəlidir. Bir çox amillər göstərir ki, milyarderlə prezidentin müttəfiqliyinin ömrü uzağı Çinə qədər olacaq.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 182 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 182 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 182 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 182 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 182 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 182 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 182 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 182 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 182 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 182 baxış
Seçilmişlər
icon