Tramp tapşırıq verdi ki... | Ağ Ev sözçüsündən USAID-lə bağlı sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəzi proqramları kəskin etiraza səbəb olub.
ABŞ Prezidentinin mətbuat katibi Karoline Leavit USAID-in proqramlarındakı pozuntuları sərt dildən istifadə etməklə sadalayıb.
Ağ Ev sözçüsünün sözlərinə görə, USAID Serbiyada irqi və digər müxtəliflik üçün 1,5 milyon dollar, Kolumbiyada transgender operasının quruluşuna 47 000 dollar, Peruda transgender komikslərinin buraxılması üçün 32 000 ABŞ dolları məbləğində vəsait ayırıb.
“Sizi bilmirəm, amma bir vergi ödəyicisi kimi mən pullarımın bu cür boş şeylərə xərclənməsini istəmirəm. Mən bilirəm ki, Amerika xalqı da bunu istəmir. Federal hökumətdə saxtakarlığın, israfçılığın, səlahiyyətdən sui-istifadənin kökünü kəsmək üçün Prezident Donald Tramp İlon Maska bu işlərlə məşğul olmağı tapşırıb”, – K.Leavit bildirib.
Ağ Evin mətbuat xidməti daha sonra bəyanat yayaraq bildirib ki, USAID faktiki olaraq Əfqanıstanda misilsiz dərəcədə narkotik əldə etmək məqsədilə xaşxaş əkilməsi və heroin istehsalını dəstəkləmək, Suriyada Əl-Qaidə terror qruplaşmasına ərzaq almaq üçün yüz milyonlarla vəsait xərcləyib.
“USAID onilliklər ərzində vergi ödəyiciləri qarşısında cavabdeh olmayıb və Amerika hökumətinin bu strukturunda bürokratlar üçün effektiv şəxsi layihələr ilə məşğul olub”, – Ağ Evin mətbuata açıqlamasında deyilir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
