Tramp Türkiyə Prezidenti ilə bağlı sualı cavablandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistin sualına cavab olaraq Türkiyə ilə İsrail arasındakı gərginliyə münasibət bildirib.
Müxbir Ərdoğanın İsrailə qarşı sərt bəyanatlarını xatırladaraq, iki ölkə arasında hərbi qarşıdurma ehtimalının olub-olmadığını soruşub.
Həmçinin Türkiyəyə "F-35" qırıcılarının satışının mümkünlüyü barədə sual verilib. Tramp suala cavab olaraq Ərdoğanı yaxın dostu adlandırıb.
“Ərdoğan mənim çox yaxşı dostumdur və biz birlikdə çox yaxşı işləmişik. Onu çox sevirəm. Bunu deməməliyəm, çünki media dərhal "Tramp Ərdoğanı sevir" deyəcək. Amma o, qeyri-adi liderdir, güclü insandır, həqiqətən çox güclü insandır", – deyə Ağ Ev rəhbəri bildirib.
ABŞ Prezidenti Türkiyə ilə İsrail arasında münaqişə ehtimalından da danışıb.
"Belə bir şey eşitməmişəm. Eşitsəydim, ona zəng edər və hər şeyin qaydasında olduğuna əmin olardım. Türkiyə ilə belə bir hadisənin baş verəcəyini düşünmürəm. Heç olmasa mən prezident olduğum müddətdə bu baş verməz. Çünki o mənə hörmət edir, mən də ona hörmət edirəm. Aramızda yaxşı dostluq var", – deyə o, fikrini tamamlayıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
